Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rus hərbiçiləri sərhədə gətirilir?! Yeni müqavilənin DETALLARI



Newscenter.az.6.08.2021. Rusiya və Ermənistan Xarici İşlər Nazirliyinin də bildirdiyi kimi artıq rus hərbçilərinin Azərbaycan - Ermənistan sərhədinə yerləşdirilməsi prosesi gedir və möhkəmləndirmə işləri aparılır. Bu barədə məlumatı erməni mənbələri yayıb.

Paşinyan sözügedən istiqamətdə başda Rusiya olmaqla KTMT-na əvvəllər müraciət etsə də, qarşı tərəfdən ciddi bir reaksiya verilmirdi. "Gözləmə" mövqeyi tutan Moskva hadisələri diqqətlə izləyir, Paşinyanın xarici dövlətlərlə əlaqələrini nəzərdən qaçırmır, habelə, Azərbaycan - Türkiyə münasibətlərinin fonunda göstərilən birgə əməkdaşlıq səylərinin əsasən, hərbi mahiyyətini daha dərindən təhlil edirdi.
Rusiyanın Ermənistan ərazisində hərbi bazasının olması məlumdu. Üstəlik, Qarabağda sülhməramlılardan başqa rus əsgərlərinin sərhədə də yerləşdirilməsi müəyyən narahatlıqlar doğurmalıdır. Amma, hələ ki, bu prosedura şimal hissədən (Tavuş istiqaməti boyu) başlanılıb. Əgər, həqiqətən, plan müdaxiləsiz icra olunacaqsa,

Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan boyu istehkam qurğularının qoyulması və hərbiçilərin yerləşdirilməsi, çox güman, Delimitasiya və Demokrasiya prosesi yekunlaşdıqdan sonra həyata keçirilirəcək.

Demək olar ki, gündəlik atəşkəsin pozulması halının qeydə alınması bəlkə də, bu məsələnin "zəruriliyinə" işarədir. Hansı ki, Paşinyan təminatın azlığı səbəb ilə rusların gecikməsini bəhanə edib, regiona hərbi mənada yaxından-uzaqdan əlaqəsi olmayan bir dövlətin (məs: Fransa) hərbi təchizatını və canlı qüvvəsini salmağa cəhd edə bilərdi. Bu mülahizənin yeridilməsi siyasi təcrübəyə əsaslanır. Yəni, Cənubi Qafqazda oyunçu kimi yer almaq istəyən Paris istər "status"-la, istər "həmsədr ölkəsi" kimi heç cür müdaxilə edə bilmədi. Paşinyanın bu təklifi dərhal müsbət qarşılanacaq və hərəkətə keçiləcəkdi. Amma, hər halda Kreml Yerevana ciddi dərs keçir və hazırkı hakimiyyətin utopik azadlaşma meyllərini təqdir etmir. Bu kiçik ölkəni daim nəzarətində saxlayır. Əlavə edə bilərəm ki, Paşinyanın İran səfərinin bu məsələyə birbaşa olmasa da, dolayı yolla təsiri var. Ermənistanın Cənub qonşusundan dəstəyini hiss etməsi əhəmiyyətlidir. Etiraf edək ki, bu yaxınlaşmalar Azərbaycan-İran münasibətlərinin səmimi inkişafının qarşısını alır.

Rus əsgərlərinin sərhədimizə gəlməsi Azərbaycan - Rusiya əlaqələrinə necə təsir göstərəcək?

Bu sualı bir neçə aspektdən cavablandırmaq olar.

Birinci ola bilər ki, Prezident İlham Əliyevin də tez-tez bildirdiyi kimi yeni bir sülh müqaviləsinin işlənib hazırlanmasına ehtiyac böyükdür. Bu saziş post müharibə dövründə qaranlıq qalan məsələlərin ( ən əsas sərhəd məsələsinin ) həlli istiqamətində böyük rol oynayacaq yeni və geniş tərkibli müddəaları özündə əks etdirə bilər. Azərbaycan tərəfi sərhədlərin müəyyən olunması prosesində kifayət qədər irəli getsə də, prinsip etibarilə əsas sənəd Sovet dövrünün region xəritələri hesab olunur. Lakin, razılıq əldə olunmadıqda, bu dəlillər qüvvədən düşür, artıq yeni qaydada, maraqların nəzərə alındığı formatda - ən əsas beynəlxalq sərhəd qanunları çərçivəsində xətlər və xəritələr təsbit olunur. Ermənistan isə Azərbaycanın daha da irəliləməsinin qarşısını almaq üçün Rus hərbiçilərini sərhədyanı ərazilərə dəvət edir. Paşinyana Moskva tərəfindən təzyiq göstərilir ki, verilən təlimatdan kənara çıxmasın.

Digər bir məsələ, əslində bu yuxarıda yürütdüyüm mülahizəyə əsasən, bu prosesin Azərbaycanın razılığı ilə icraatı həyata keçirilir. Hər şey nəzərə alınır və dövlət təhlükəsizliyimizə, suverenliyimizə təhdidlər istisna edilərək, qarşılıqlı imza atılır. Bölgədə Türkiyə amilinin varlığı o cümlədən, "Şuşa Bəyannaməsinin" əhəmiyyəti Azərbaycan - Türkiyə hərbi əlaqələrinin möhkəmlənməsinə xidmət edir ki, bu da Rus hərbçilərinin ərazimizdə var olduğu müddətdə təhlükəsizliyimiz üçün vacib şərtdir. Amma, ərazidə hərbiçilərin və texnikanın kompakt şəkildə səpələnməsi, üstəlik minaların çoxluğu gərginliyin azalmasına dəlalət etmir. Bəzi xarici media qurumlarında bu bölgə hələ də qaynar nöqtə kimi xarakterizə edilir.

Yeri gəlmişkən, fikir alqoritmimi müqavilə üstündə qurmağımın əsas səbəbi hazırda Ermənistan daxilində baş verən narahatlıqdan qaynaqlanır. Belə ki, müxalif dairələrinin səsləndirdiyi iddialara görə belə bir saziş gözləniləndir və hətta mətni də hazırdır. "9 Noyabr Bəyannaməsi"-nin də Ermənistan cəmiyyətinin hardasa ictimai rəyi nəzərə alınmadan və bir növ gizli imzalanması sözügedən dairələrin fikrini əsaslandırır.
Diplomatik protokola əsasən, danışıqlar prosesinin gizliliyinin qorunması şərtdir. Tezliklə, hadisələrin hansı məcrada getdiyinin şahidi olacağıq!

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi, Gənc ictimai-siyasi fəal - Fuad Qarayev
Xəbəri paylaş