
Rusiya-Ukrayna müharibəsi başlayana qədər rubl sabitliyini qoruyurdu, lakin müharibə dövründə ağır sanksiyalar nəticəsində rubl çöküş yaşadı. Bu qədər sanksiyalara baxmayaraq, rubl öz dəyərini yenidən qazandı. Moskva birjasında rubl 1 faiz bahalaşsa da, avro və dollar ucuzlaşmağa doğru gedir. Bunun iki amillə izah edə bilərik. Birincisi Rusiya Mərkəzi Bankı faiz dərəcəsini 20 rəqəminə qədər artıraraq rublun dirçəlməsində 50% rol oynadı. Qalan 50% rol isə Vladimir Putinin qaz və neft barədə imzaladığı qanunla bağlıdır. Putin dost olmayan ölkələrə enerjinin rubl qarşılığında satılması barədə göstəriş verdi. Bu göstərişdən sonra rubl müharibədən əvvəlki vəziyyətinə, hətta ondan bir az da artığına qayıda bildi. Putin yaxşı bilirdi ki, dövlətlərin əksəriyyəti, xüsusilə də, qərb dövlətləri Rusiyanın qazına möhtacdır. Əgər qazı rublla satsam, alan dövlətlər məcbur rubl əldə etməlidirlər ki, idxal dayanmasın.
Qərbi Avropanın qaz probleminin əksəriyyətini Rusiya ödəyir. Rusiyadan başqa Əlcəzair də, Azərbaycan da Avropaya qaz tədarük edir. Ancaq bu Rusiyanın yarada biləcəyi boşluğu balanslaşdıra bilməz. Amerika bu problemi aradan qaldırmaq üçün Qətərlə diplomatik danışıqlar aparır, İran qazının da Avropaya ixrac olunması üçün səylər göstərir. Məhs Bayden administrasiyasının İranla ləğv edilmiş nüvə müqaviləsini yeniləmək üçün atdığı müsbət addımları da bu amillərə görədir. Amerika ola bilsin, İrana bir neçə güzəştlər tətbiq edəcək.
Türkiyə tərəfi də Moskvanın bu iqtisadi siyasətini öz iqtisadiyyatına tətbiq etsə, konstruktiv irəliləyiş əldə edə bilər. Yəni Türkiyə tərəfi də qazını lirəylə sata bilər.
Elman V'liyev-politoloq