Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gürcüstanın din xadimləri azad edilən ərazilərdə olublar

Gürcüstanın din xadimləri azad edilən ərazilərdə olublar


Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstan Nümayəndəliyinin dəstəyi ilə Gürcüstanın din xadimlərindən ibarət nümayəndə heyətinin Azərbaycan Respublikasına davam etdirilən səfəri çərçivəsində qonaqlar Ağdamdan sonra Füzuli rayonunun ərazisində olublar.

Newscenter.az Azərbaycanın Gürcüstandakı səfirliyinə istinadən xəbər verir ki, burada qonaqlar əvvəl Mərdinli kəndindəki məscidi ziyarət ediblər. Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşı Araz İmanov işğal zamanı qeyd olunan məsciddə ermənilər tərəfindən donuzların saxlanıldığını bildirib və İslam dininə məxsus olan ainlərin təhqir edildiyinə dair faktları qonaqlara təqdim edib.

Sonra Gürcüstan din xadimləri Füzuli Beynəlxalq Hava Limanına baş çəkmiş və orada qısa müddət ərzində qurulan müasir nəqliyyat qovşağı ilə tanış olublar. Qonaqlara həmçinin azad olunmuş ərazilərdə inşa edilən Zəngilan və Laçın hava limanları barədə məlumat verilib.
Daha sonra qonaqlar Füzuli şəhərinin mərkəzi hissəsində görülən işlərlə əyani şəkildə tanış olublar.

Qonaqlar viran edilmiş ərazilərin sürətlə bərpa olunmasından heyran olduqlarını bildirmiş və bu diyara tezliklə həyatın qayıdacağına dair əminlik ifadə ediblər.

Mehman
Xəbəri paylaş