Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kinoloji mərkəzlər arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Kinoloji mərkəzlər arasında əməkdaşlıq məsələləri müzakirə edilib


Azərbaycan və Özbəkistan gömrük xidmətlərinin kinoloji mərkəzləri arasında onlayn formatda görüş keçirilib.

Newscenter.az Dövlət Komitəsinə istinadən xəbər verir ki, görüşdə Dövlət Gömrük Komitəsi Kinoloji Mərkəzinin rəisi İlkin Osmanov, Beynəlxalq Əməkdaşlıq İdarəsi rəisinin birinci müavini Ramil Əsədov, Özbəkistan Respublikası Dövlət Gömrük Komitəsinin Milli Kinoloji Mərkəzinin rəhbəri Fərrux Baxtiyoroviç və hər iki qurumun aidiyyəti struktur bölmələrinin əməkdaşları iştirak ediblər.

Dövlət Gömrük Komitəsi Kinoloji Mərkəzinin rəisi İlkin Osmanov özbəkistanlı həmkarlarına rəhbərlik etdiyi qurumun əsas fəaliyyət istiqamətləri barədə məlumat verib, eləcə də kinoloqların nəzəri məşğələlərində istifadə olunan süni intellekt əsasında hazırlanmış OCULUS QUEST 2 (VR) texnologiyası ilə gizli saxlanc yerlərinin aşkar olunması, axtarış itlərinin tətbiqi metodlarının öyrədilməsinə dair təlim simulyatoru haqqında təqdimatla çıxış edib.

Bundan başqa, hər iki mərkəzin kinologiya sahəsində əldə etdikləri uğurlar, həmçinin damazlıq və dölçülük sahəsində əməkdaşlıq perspektivləri, eləcə də Özbəkistan Respublikasında keçiriləcək MDB üzv dövlətləri gömrük xidmətlərinin kinoloji strukturlarının çoxnövçülükdə birincilik üzrə yarışlarda iştirakla bağlı müzakirələr aparılıb.

Sevinc
Xəbəri paylaş