Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Qarabağ" bu gün ilk yoxlama oyununu keçirəcək

"Qarabağ" bu gün ilk yoxlama oyununu keçirəcək


Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" komandası bu gün ilk yoxlama oyununu keçirəcək.

Newscenter.az xəbər verir ki, "Report"un məlumatına görə, rəqib Rumıniya "Botoşani"si olacaq.

Kössen stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.

Yoxlama oyunu
25 iyun
19:00. "Qarabağ" - "Botoşani"
Kössen stadionu

Qeyd edək ki, növbəti oyunlar iyunun 29-da olacaq. "Qarabağ" həmin gün Almaniyanın "Holştayn Kiel" və Rumıniyanın "Universitatya Krayova" klubları ilə üz-üzə gələcək.

"Botoşani" ötən mövsüm Rumıniyanın yüksək liqasını 7-ci pillədə başa vurub və pley-off matçında "Universitatya Krayova"ya uduzaraq, UEFA Konfrans Liqasına vəsiqə qazana bilməyib.
Xəbəri paylaş