"44 günlük Zəfərimizin başlangıcı kimi tarixə düşən Tovuz döyüşlərindən iki il ötür. Azərbaycan xalqının qəhrəmanlıq dastanının unudulmayan səhifələrindən olan Tovuz döyüşləri Vətən müharibəsinə gedən yolun əsas mərhələsi oldu".
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fəzail Ağamalı səsləndirib. Deputat qeyd edib ki, Ali Baş Komandan, Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın mərd oğullarının şücayəti və igidliyilə düşmən üzərində Tovuzda başlayan, Şuşanın azad edilməsilə bitən qələbə ərazi bütövlüyümüzü təmin etdi:
"Tovuz istiqamətindəki döyüşlərdə ölümüylə ölümsüzlük yaradan, əbədi yaşar, Azərbaycanın Milli Qəhrəmanı, Silahlı Qüvvələrimizin General - Mayoru Polad Həşimovun Şəhadətə qovuşduğu gündür bu gün. O, mərdliyi, qorxmazlığı ilə Azərbaycan xalqının yaddaşında əbədi, silinməyən yer aldı, qəlbləri fəth etdi və qəhrəmanlıq nümunəsi yaratdı".
Millət vəkili daha sonra bunları qeyd edib:
"Odumuzun ağır itkilərindən olan Generalımız Polad Həşimova, bütün Şəhidlərimizə Uca Tanrıdan rəhmət diləyirəm. Allah rəhmət eləsin. Amin!".
Mehman