Rusiyanın paytaxtı Moskvanın şimalında yerləşən “Reçnoy” ticarət mərkəzi də daxil olmaqla, bir neçə iaşə obyekti bomba xəbərdarlığı ilə bağlı boşaldılıb.
Newscenter.az xəbər verir ki, "Report"un məlumatına görə, bu barədə TASS-a fövqəladə hallar xidmətindəki mənbə bildirib.
Bir neçə ticarət mərkəzinin işçiləri və ziyarətçiləri təxliyə edilib.
Məlumat yoxlanılır. Mütəxəssislər ərazidə iş aparır.