Rusiyanın Ukraynadakı Çasovoy Yar şəhərinə raket hücumundan sonra ölənlərin sayı artıq 43 nəfərə çatıb.
Newscenter.az "Report"-a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Dövlət Xidməti feysbukda məlumat yayıb.
Baş İdarənin əməkdaşları Çasov Yar şəhərində mərmi atəşi nəticəsində dağılmış 5 mərtəbəli yaşayış binasının dağıntıları altından 43 nəfərin, o cümlədən bir uşağın meyitini aşkar edərək çıxarıblar. Dağıntılar altından 9 nəfər xilas edilib.
Fövqəladə Hallar Dövlət Xidmətindən verilən məlumata görə, binanın 420 tondan artıq dağılmış hissələri təmizlənərək sökülüb, işlər davam etdirilir.