Masallı rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi, Boradigah qəsəbəsi “Həzrəti Əli” məscidi dini icmasının təşkilatçılığı ilə Qurban bayramı münasibətilə tədbir keçrilib.
Newscenter.az xəbər verir ki, Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, millət vəkilləri Məşhur Məmmədov və Anar İsgəndərov, DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşları, şəhid ailələrinin üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Görüş iştirakçılarını bayram münasibətilə təbrik edən Masallı RİH başçısı Şahin Məmmədov bildirib ki, 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli ordumuzun, bizə qələbə sevinci yaşadan igid əsgərlərimizin sayəsində bu gün müzəffər dövlət kimi Qurban bayramını qeyd edirik.
Millət vəkilləri Məşhur Məmmədov və Anar İsgəndərov, Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə qazısı Rəşid Talıbov müqəddəs Qurban bayramının xeyirxahlıq, həmrəylik və fədakarlıq kimi ali dəyərləri özündə birləşdirən xüsusiyyətlərindən danışıblar. Natiqlər Azərbaycanda milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanıldığını, başımızı uca edən şəhidlərimizin ailə üzvlərinə hörmət və ehtiramın daim uca tutulduğunu qeyd ediblər.
Tədbir çərçivəsində şəhid ailələrinin üzvlərinə Mənəvi Dəyərlərin Təbliği Fondun maliyyə dəstəyi, Masallı rayonu Boradigah qəsəbəsi "Həzrəti Əli"məscidi dini icmasının təşkilatçılığı ilə hazırlanmış alış-veriş kartları və Masallı şəhidlərinin fotosu əks olunmuş təqvim hədiyyə edilib.
Sonda torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi yad edilib, onların ruhuna dualar oxunub.
Oruc