Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Qarabağ Gecəsi” xeyriyyə konsertinin iştirakçıları təltif olunub

“Qarabağ Gecəsi” xeyriyyə konsertinin iştirakçıları təltif olunub


Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Qarabağ Dirçəliş Fondu tərəfindən “Qarabağ Gecəsi” xeyriyyə konsertinin ərsəyə gəlməsində dəstək olan iştirakçılar - Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri, xalq artistləri Fəxrəddin Kərimov, Fərhad Bədəlbəyli, əməkdar artistlər Aygün Mübariz, Arzu Əliyeva, Ceyla Seyidova, Nərgiz Əliyeva, ifaçılar Günay İmamverdiyeva, Babək Şuşalı, Cəlal Kərimov, tarzən Rövşən Qurbanov, aparıcılar, Azərbaycan Dövlət Akademik Filarmoniyasının nümayəndəsi “Təşəkkür Sertifikatı” ilə təltif olunub.

Newscenter.az bu barədə məlumatı Qarabağ Dirçəliş Fonduna istinadən verib.

Xatırladaq ki, xeyriyyə konserti Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi, “Avrora Qrup”un baş sponsorluğu, “İTALDIZAYN” QSC-nin sponsorluğu və “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin informasiya dəstəyi ilə 26 iyun 2022-ci il tarixində baş tutub.
Konsertin bədii hissəsindən sonra təşkil olunan rəsmi ziyafət zamanı Azərbaycan Respublikasının Mədəniyyət naziri Anar Kərimov, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, millət vəkili, QDF-in Müşahidə Şurasının üzvü Fatma Yıldırım və Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, QDF-in Müşahidə Şurasının üzvü Fərhad Bədəlbəyli tərəfindən konsertin ərsəyə gəlməsində həmrəylik nümayiş etdirərək dəstək olan donorlara Fondun “Təşəkkür Sertifikatı” təqdim edilib.

Qeyd olunmalıdır ki, konsertdən əldə edilən vəsait işğaldan azad olunan ərazilərin bərpası və yenidən qurulması istiqamətində həyata keçirilən tədbirlərə yönəldiləcəkdir.

Fond tərəfindən Qarabağın diçəlişinə ianə cəlb edilməsi, bu sahədə aktiv iştirakçılığın, habelə fərdlər arasında məsələyə məqsədyönlü və şüurlu yanaşmanın təmin edilməsi üçün bir sıra tədbirlərlər həyata keçirilir. İanə mədəniyyətinin təşviqi və iştirakçılığın artırılması istiqamətində mədəni - kütləvi tədbirlərin təşkili də xüsusi önəm daşıyır.

Sevinc
Xəbəri paylaş