Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Göygöl rayonunda Vətən müharibəsi şəhidi Şirzad Mirzəyevin doğum günündə xatirəsi anılıb

Göygöl rayonunda Vətən müharibəsi şəhidi Şirzad Mirzəyevin doğum günündə xatirəsi anılıb


Göygöl rayonunda Vətən müharibəsi şəhidi Şirzad Mirzəyevin doğum günündə xatirəsi anılıb.

Newscenter.az xəbər verir ki, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, YAP Göygöl rayon təşkilatının sədri, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, ziyalılar, gənclər və rayon ictimaiyyətinin nümayəndələri Vətən müharibəsində xüsusi qəhrəmanlıqla döyüşərək şəhidlik zirvəsinə ucalmış Şirzad Mirzəyevin doğum günü münasibətilə Göygöl rayon Şəhidlər Xiyabanındakı məzarını ziyarət ediblər.

Ziyarət zamanı Göygöl Rayon İcra Hakimiyyətinin başçısı cənab Elvin Paşayev çıxış edərək Şəhid Şirzad Mirzəyevin döyüş yolundan söhbət açıb, Vətən uğrunda canlarından keçmiş şəhidlərin öz canları və qanları bahasına torpaqlarımızı yağı düşməndən azad edərək qəlblərdə özlərinin əbədi abidələrini ucaltdıqlarını bildirib.

Sevinc
Xəbəri paylaş