Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda Ukrayna müharibəsindən bəhs edən rəsm sərgisi açılıb

Bakıda Ukrayna müharibəsindən bəhs edən rəsm sərgisi açılıb


Bakıda Ukrayna müharibəsinə həsr olunmuş “Ana, mən müharibə istəmirəm” adlı uşaq rəsm sərgisi açılıb.

Newscenter.az xəbər verir ki, tədbir Ukrayna və Polşanın Azərbaycandakı səfirlikləri tərəfindən təşkil olunub.

Sərgidə nümayiş etdirilən rəsmlər uşaqların işğalı necə gördüklərindən bəhs edir. Üstəlik, rəsmlərdə müharibəyə son qoymaqla bağlı çağırışlar da var.

Sərgini ziyarət edənlərə Ukraynadakı dağıntılarla bağlı qısa videoçarxlar da nümayiş etdirilib.

Tədbirin açılışında Polşanın Azərbaycandakı səfiri Rafal Poborski və Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski iştirak ediblər.
Xəbəri paylaş