Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstan seçimini edib

Qazaxıstan seçimini edib


Qazaxıstan prezident seçkisinə hazırlaşır. Seçkilər noyabrın 20-də keçiriləcək. Namizədlərin sayı artsa da, hazırki dövlət başçısı Kasım Jomərt Tokayevin prezident seçilməsi şansları yüksəkdir.

Tokayevin yanvar hadisələrindən sonra Qazaxıstanda mövqeləri güclənib. O keçmiş prezident Nursultan Nazarbayevin himasəyindən çıxıb, müstəqil daxili və xarici siyasət yürüdür. Paytaxtın adı yenidən Astana oldu. Tokayev Astanada beynəlxalq əhəmiyyətli bir neçə beynəlxalq toplantı keçirib. Tokayev Qazaxıstanın hərbi doktirnasını da dəyişdirib. Yenu düzəlişə görə, Qazaxıstanda daxili münaqişələr zamanı Milli Qvardiyanın gücündən də istifadə oluna bilər.
Tokayev ölkəsinin Rusiyadan asılılığını azaltmağa çalışır. Rusiya rəsmilərinin və diplomatlarının Qazaxıstanın ərazi bütövlüyü əleyhinə verdikləri açıqlamalar Astanada narazılıqla qarşılanır. Qazaxıstanın Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsi, ilhaqı tanımaması Kremlin xoşuna gəlmir. Astana Türkiyə və türk dünyası ilə əməkdaşlığın geninləşməsinə üstünlük verir. Astana Ankara ilə birgə hərbi-sənaye kompleksini inkişaf etdirməkdə qərarlıdır.

Qazaxıstanda marağı olan ölkələrdən biri də Çindir. Pekin Kremlin strateji tərəfdaşı oldsa da, Qazaxıstanın ərazi bütövlüyünə dəstək verir. Çin lideri Si Sinpin Qazaxıstana səfəri zamanı qonşu ölkənin ərazi bütövlüyünə dəstəyi davam etdirdiyini bildirdi. Bu Pekinin Moskvaya mesajıydı ki, Çin Rusiyanın Qazaxıstana qarşı ərazi iddialarını qəbul etmir. Çin Rusiya və Qazaxıstanla birgə Şanxay Əməkdaşlıq Təşkilatının imkanlarının hərəkətə gətirilməsini istəyir.
Buna baxmayaraq, Pekin fəal uyğurların Qazaxıstanda sığınacaq tapmalarından narahatdır. Qazaxıstan uyğurların Çində izləşdikləri repressiyalardan qaçdıqları ölkədən biridir. Uyğurlar ara-sıra Çinin Qazaxıstandakı səfirliyi qarşısında etiraz təşkil edirlər. Ancaq Astana Çin əleyhinə böyük etirazlara imkan vermir.

Elxan Şahinoğlu-“Atlas” Araşdırmalar Mərkəzinin sədri
Xəbəri paylaş