Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əvəz Zeynallı vəfat etdi

Əvəz Zeynallı vəfat etdi


Tanınmış jurnalist, "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı vəfat edib.

Newscenter.az-ın xəbərinə görə, bu barədə məlumatı vəkil Rəşad Vaqifoğlu verib. Onun yaxın dəqiqələrdə dünyasını dəyişdiyi bildirilir.

Qeyd edək ki, Əvəz Zeynallı xərçəng xəstəliyindən əziyyət çəkirdi. Mərhum baş redaktor uzun müddət Türkiyənin paytaxtı Ankara şəhərində müalicə almışdı. Son günlər isə o, ölkə daxilində müalicəsini davam etdirirdi.

Xatırladaq ki, Əvəz Zeynallı 1970-ci il, yanvarın 1-də Qərbi Azərbaycanda anadan olub.

Süleyman
Xəbəri paylaş