Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakının iki rayonunda qaz olmayacaq

Bakının iki rayonunda qaz olmayacaq


Bu gün Bakının Suraxanı və və Qaradağ rayonlarının bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.

Newscenter.az bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.

Məlumata görə, qaz xəttinin yerinin dəyişdirilməsi və "Qaz İxrac" İdarəsi tərəfindən aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan Suraxanı rayonunun AB yaşayış massivinin, saat 11:00-dan 13:00-dək Qaradağ rayonunun Vulkan ərazisinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Anar
Xəbəri paylaş