
Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov Slovakiya Respublikasının bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Viktor Borecki ilə görüşüb.
Newscenter.az-ın xəbərinə görə, bu barədə özünün sosial şəbəkə hesabında məlumat verən səfir Rəşad Məmmədov, Viktor Borecki ilə söhbətin səmimi atmosferdə və maraqlı keçdiyini bildirib.
Səfir qeyd edib ki, görüş zamanı Özbəkistanda diplomatik fəaliyyətin müxtəlif istiqamətləri, ölkələrimiz arasında əlaqələrin gündəliyi və yeni təmas imkanları haqqında danışılıb.
"Görüş zamanı Azərbaycan-Slovakiya münasibətlərinin inkişafı ilə yanaşı, regiondakı proseslər və diplomatik nümayəndəliklər arasında faydalı əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi apardıq",-deyə Rəşad Məmmədov vurğulayıb.
Süleyman











































