Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan və Özbəkistan arasında hüquqi və institusional əməkdaşlığın mövcud vəziyyəti müzakirə edilib

Azərbaycan və Özbəkistan arasında hüquqi və institusional əməkdaşlığın mövcud vəziyyəti müzakirə edilib


Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov Özbəkistan Respublikasının Konstitusiya Məhkəməsinin sədri Mirzə-Uluqbək Abdusalomov ilə görüşüb.

Newscenter.az-ın xəbərinə görə, bu barədə özünün facebook sosial şəbəkə hesabında məlumat verən səfir Rəşad Məmmədov bildirib ki, görüş zamanı Azərbaycan və Özbəkistan arasında hüquqi və institusional əməkdaşlığın mövcud vəziyyəti, inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb:

"Qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi, hüquq sahəsində əlaqələrin daha da möhkəmləndirilməsi və iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini müzakirə etdik.

Azərbaycan–Özbəkistan münasibətlərinin strateji tərəfdaşlıq və qardaşlıq ruhunda bütün istiqamətlərdə uğurla inkişaf etdiyini vurğuladıq".

Süleyman
Xəbəri paylaş