Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın enerji siyasətində əsas hədəflərdən biri

Azərbaycanın enerji siyasətində əsas hədəflərdən biri


"Azərbaycanın enerji siyasətində əsas hədəflərdən biri elektrik enerjisi istehsalında təbii qazdan istifadənin tədricən minimuma endirilməsi və qənaət olunan qazın ixrac üçün yönəldilməsidir. Prezident qarşıdakı beş il ərzində Azərbaycanın müxtəlif ərazilərində bərpaolunan enerji mənbələrinin daha geniş tətbiq olunacağını bildirib".

Newscenter.az xəbər verir ki, bunları YAP üzvü Gülnar İsayeva deyib. O bildirib ki, bu yanaşma Azərbaycanın enerji sektorunda ənənəvi resurslarla yanaşı, yaşıl enerjinin də strateji istiqamətə çevrildiyini göstərir:

"Beləliklə, enerji keçidi ölkənin yalnız ekoloji siyasəti deyil, həm də yeni investisiya imkanlarının formalaşması baxımından təqdim olunur".

Hakim partiya təmsilçisi qeyd edib ki, II Azərbaycan İnvestisiya Forumu çərçivəsində keçirilən görüşdə çıxışı zamanı prezident Azərbaycanın coğrafi mövqeyinin iqtisadi üstünlüyə çevrilməsi məsələsinə geniş yer ayırıb:

"Azərbaycan Avropa ilə Asiya arasında yerləşən mühüm nəqliyyat marşrutlarının üzərində yerləşdiyindən, ölkənin tranzit imkanlarının inkişaf etdirilməsi iqtisadi strategiyanın mühüm istiqamətlərindən biri kimi göstərilib.

İlham Əliyev bildirib ki, Azərbaycanın tranzit ölkəyə çevrilməsi üçün ilk növbədə müasir fiziki infrastrukturun yaradılması lazım idi. Bu məqsədlə dəmir yollarına, dəniz limanlarına, hava nəqliyyatına və avtomobil yollarına böyük investisiyalar yatırılıb. Onun sözlərinə görə, Azərbaycanın dəmir yollarının 60 faizi elektrikləşdirilib və bu istiqamətdə işlər davam etdirilir".

Anar
Xəbəri paylaş