Partiya sədri Anar Əsədlinin ölkədən çıxışına qadağa qoyulması onun barəsində iki vətəndaşdan daxil olmuş şikayət əsasındadır.
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb Məlumatda bildirilib ki, hər iki vətəndaşın şikayəti dələduzluqla bağlıdır. A.Əsədli yalan vədlər verərək onların birindən 150 min, digərindən isə 10 min ABŞ dolları pullarını alaraq mənimsəyib.
Hər iki müraciətlə bağlı Daxili İşlər Nazirliyində araşdırma aparılır. Onun ölkəni tərk etməsinə qoyulan məhdudiyyət də məhz bu araşdırmalarla əlaqədardır.
Mehman