Bu gün Rusiya Hava Yollarına məxsus "Aeroflot" təyyarəsində bomba həyəcanı yaşanıb.
Newscenter.az-ın məlumatına görə, “Report” “Cümhuriyyət”ə istinadən xəbər verir ki, Moskva-İstanbul reysi üzrə hərəkət edən təyyarə “Şeremetyovo” aeroportundan havaya qalxdıqdan bir müddət sonra həyəcan siqnalı verilib.
Pilot bu barədə dərhal müvafiq qurumlara məruzə edib.
Təyyarə İstanbul Hava Limanına çatdıqdan sonra ərazidə təhlükəsizlik təmin olunub. Polis əməkdaşlarının axtarış tədbirlərindən sonra təyyarədə bombanın olmadığı məlum olub.