Azərbaycan dünya iqtisadi proseslərinə sürətlə qoşulmaqdadır. Hazırda aparılan ciddi sosial-iqtisadi islahatlar Azərbaycanı hərtərəfli inkişaf etdirməyə imkan yaradıb.
Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi elmlər üzrə elmlər doktoru, professor Gülzar İbrahimova səsləndirib. O bildirib ki, dünya iqtisadiyyatının tərkib hissəsi olan Azərbaycanda çox düzgün və vaxtında atılmış addımlarla iqtisadi maraqlarımız qorunur:
"Qarşıda duran bütün infrastruktur layihələri həyata keçirilir. İndiki vəziyyətdə Azərbaycan dövləti inkişaf dinamikasını saxlamağa çalışır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, məqsəd ölkəni gücləndirmək və hər bir vətəndaşın həyatını daha da yaxşı etməkdir: “İqtisadi və sosial sahə həmişə paralel inkişaf etməlidir. O ölkələrdə ki, ancaq iqtisadi sahəyə diqqət verilir və sosial sahə kənarda qalır, orada insanlar iqtisadi islahatlardan çox böyük əziyyət çəkirlər”.
Mehman