Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Məktəblərdə 20 Yanvar faciəsinin otuz üçüncü ildönümünə həsr olunan xüsusi dərslər keçiriləcək

Məktəblərdə 20 Yanvar faciəsinin otuz üçüncü ildönümünə həsr olunan xüsusi dərslər keçiriləcək


“20 Yanvar faciəsinin otuz üçüncü ildönümü ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əmri imzalanıb.

Newscenter.az xəbər verir ki, əmrə əsasən, təhsil müəssisələrində 20 Yanvar faciəsinin otuz üçüncü ildönümünə həsr olunan xüsusi dərslər keçiriləcək.

Həmçinin təhsil müəssisələrində 20 Yanvar faciəsinin otuz üçüncü ildönümü ilə bağlı konfransların, seminarların, mühazirələrin və “Dəyirmi masa”ların təşkili nəzərdə tutulur.

Bundan əlavə, təhsil müəssisələrində 20 Yanvar faciəsinin otuz üçüncü ildönümünə həsr olunmuş kitab, foto və rəsm sərgiləri, ədəbi-bədii kompozisiyalar nümayiş olunacaq.

Qeyd olunan tədbirlərin keçirilməsi şagirdlərdə Vətənə məhəbbət hissinin daha da möhkəmləndirilməsi, onların Vətənə layiqli övlad kimi yetişdirilməsi və əsil vətəndaş mövqeyinin məktəblilərə aşılanması məqsədlərinə xidmət edir.

R.Mehdiyeva
Xəbəri paylaş