Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezidentin BƏƏ-yə səfəri qarşılıqlı əlaqələrin inkişaf etdirilməsində yeni dönəmin başlayacağına işarədir

Prezidentin BƏƏ-yə səfəri qarşılıqlı əlaqələrin inkişaf etdirilməsində yeni dönəmin başlayacağına işarədir


"Rəsmi Bakı və Əbu-Dabi arasında olan münasibətlər yüksələn xətlə inkişaf edir. Ölkə başçısının məlum səfəri qarşılıqlı əlaqələrin inkişaf etdirilməsində yeni dönəmin başlayacağına işarədir".

Bu fikirləri Newscenter.az-a AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. O bildirib ki, Əbu-Dabi hər zaman istər İslam əməkdaşlıq təşkilatı, istərsə də digər beynəlxalq təşkilatlarda ölkəmizin mövqeyini dəstəkləmiş, Azərbaycan-Ermənistan münasibətlərində ölkəmiz hər zaman dost BƏƏ-nin dəstəyini hiss etmişdir:

"Bu mənada dövlət başçımızın səfərinin mühüm siyasi və iqtisadi əhəmiyyəti mövcuddur. BƏƏ ölkəmizə iqtisadi yatırımlar etməkdə maraqlıdır. Xüsusilə işğaldan azad olunmuş ərazilərin yaşıl enerji potensialı Əbu-Dabini cəlb edir və bu istiqamətdə işlər görülür".

Pərviz Mirizadə qeyd edib ki, səfərin siyasi istiqaməti də kifayət qədər mühüm əhəmiyyət kəsb edir:

"Ölkəmiz İslam Əməkdaşlıq Təşkilatı və üzv ölkələr ilə sıx əməkdaşlıq edir. Ən son olaraq cənab Prezidentin təşkilatın Əlcəzairdə keçirilən zirvə görüşündə xüsusi rəğbətlə qarşılanması və ölkə başçısının səsləndirdiyi fikirlər mühüm əhəmiyyət kəsb edir. Həmçinin Azərbaycan və BƏƏ böyük İslam dünyasının bir parçasıdır. Ölkələrimiz arasında əlaqələrin yüksək inkişafı son dövrlər artan islamafobiyaya qarşı birgə mübarizə aparmaq imkanlarını artırır".

Mehman
Xəbəri paylaş