Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov yanvar ayının 18-də Xızı rayonunda vətəndaşları qəbul edəcək.
Newscenter.az-a Agentlikdən bildirilib ki, qəbul saat 11:00-da Xızı rayonu Heydər Əliyev Mərkəzinin inzibati binasında keçiriləcək. Qəbulda Xızı, Siyəzən və Şabran rayonlarının sakinləri iştirak edə bilərlər.
Qəbula yazılmaq istəyənlərin Xızı rayonu “1 №-li Yol İstismarı”, Siyəzən rayonu “2 №-li Yol İstismarı”, Şabran rayonu “3 №-li Yol İstismarı” MMC-lərində öncədən qeydiyyatdan keçmələri xahiş olunur.
Sevinc