Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Seçki oyunu artıq Qarabağ erməniləri üçün həyatı əhəmiyyət kəsb etməyə başlayıb

Seçki oyunu artıq Qarabağ erməniləri üçün həyatı əhəmiyyət kəsb etməyə başlayıb


"Separatçıların rəhbərliyi arasında davam edən qarşıdurma fonunda seçki oyununa gedilməsi hansı klanın hakimiyyətdə qalmasına hesablanıb. Bu, R.Vardanyan və A.Arutyunyan arasındakı qarşısurmada Qarabağın erməni əhalisinin sonrakı taleyinin həll edilməsinin kimə tapşırılması mərhələsidir".

Bu fikirləri Newscenter.az-a açıqlamasında BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, Vardanyan Rusiyanın tələbi ilə Paşinyanın adamı Arutyunyanı zəiflətmək və Qarabağ separatçıları arasında tam söz sahibi olmağa çalışır:

"Seçki oyunu artıq Qarabağ erməniləri üçün həyatı əhəmiyyət kəsb etməyə başlayıb. Nəticənin necə olacağı separatçılar üçün gələcək zamanda hansı siyasət yürüdəcəyini müəyyən edəcək".

Azər Qasımov onu da qeyd edib ki, R.Vardanyanın qələbəsi daha çox gərginlik, izolyasiya vəd edirsə, Arutyunyan cəbhəsinin qələbəsi ermənilər üçün nisbətən müsbət gələcək vəd edir:

"Paşinyanın Qarabağ barədə son açıqlamaları fonunda belə düşünməyə əsas vardır".

Politoloq onu da bildirib ki, Azərbaycan üçün bu seçki oyununun heç bir əhəmiyyəti və hüquqi, siyasi çəkisi yoxdur:

"Separat qurumun rəhbərliyində kimlərin olmasından asılı olmayaraq onlar bizim üçün terrorçu qruplarıdır və heç bir halda onlarla danışıqlar olması mümkün deyil. "Seçkiyə" birbaşa Azərbaycanın qarşı aqressiv addım atmasına ehtiyac yoxdur. Bu, onların məlum oyununun nəticəsinə müsbət təsir edər, onlara legitimlik qazandırar. Ona görə Azərbaycan bu "seçkini" oyun adlandırıb, ciddi əhəmiyyət verməməlidir. Azərbaycan dövləti öz siyasətini separatçıların addımlarına qarşı deyil, özü məsləhət bildiyi istiqamətdə yürüdür".

Anar
Xəbəri paylaş