Azərbaycan Prezidenti cənab İlham Əliyev Əbu-Dabi Dayanıqlılıq Həftəsinin (ADSW 2023) açılış mərasimində iştirak edir. Masdarın ev sahibliyi etdiyi tədbirin əsas məqsədlərindən biri də COP27 və COP28 arasında əlaqənin təmin edilməsi, iqlim dəyişiklikləri, sərmayə və texnologiyaların genişləndirilməsi üzrə əməkdaşlıq platformasının dəstəklənməsidir.
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov səsləndirib. Onun sözlərinə görə, artıq 15 ildir ki, bu tədbir Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) tərəfindən təşkil olunur:
"2023-cü ilin ilk beynəlxalq davamlılıq toplantısı olan bu tədbir iqlim dəyişiklikləri və dayanıqlı inkişaf üzrə yüksək səviyyəli müzakirələrin təşkilini reallaşdıracaq. Bütövlükdə, Azərbaycan Prezidentinin BƏƏ-də keçirdiyi iki tərəfli görüşlər və müzakirələr ölkəmizə bərpa olunan enerji sahəsində daha çox sərmayə və texnologiyanın cəlb edilməsinə imkan verəcək. Bu Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatının formalaşmasına daha çox investisiya cəlbi də deməkdir".
Mehman