Almaniya İstanbul şəhərindəki baş konsulluğunu müəyyən müddət üzrə bağladığını açıqlayıb.
Newscenter.az haberturk.com-a istinadən bildirir ki, konsulluğun hansı səbəbdən bağlanmasına aydınlıq gətirilməyib. İddialara görə, Baş Konsulluq təhlükəsizlik səbəbi ilə müvəqqəti bağlanıb.
Qeyd edək ki, Hollandiya da İstanbuldakı konsulluğunun ictimaiyyət üçün müvəqqəti bağlandığını açıqlayıb. İngiltərənin İstanbuldakı Baş Konsulluğu da açıqlamada konsulluğun bir müddət ictimaiyyətə bağlı olduğunu bildirib.
Mehman