Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb

Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb


"Dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb".

Newscenter.az xəbər verir ki, bu fikirləri YAP fəalı Xəyal Məmmədəliyev səsləndirib. O bildirib ki, bu hər bir Azərbaycan gəncində eyni zamanda onların bu ölkə üçün dəyərli vətəndaş olmaları inamını daha da gücləndirib:

"Ölkə prezidenti cənab İlham Əliyevin gənclərin potensialının reallaşmasına, onların vətənpərvər,savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn əhatəli və irimiqyaslı tədbirlərin həyata keçirilməsi dövlətin məhz sabaha, gələcəyə hesablanmış siyasətinin göstəricisidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşada - Cıdır düzündə xalqa müraciət edərkən deyib ki, Müharibədə bütün nəsillərin nümayəndələri iştirak ediblər, qəhrəmanlıq göstəriblər. Amma hər kəs bilməlidir ki, əsas missiyanı mənim prezidentlik dövrümdə yetişən gənclər yerinə yetiriblər, 2003-cü ildə uşaq olan gənclər yerinə yetiriblər".

Mehman
Xəbəri paylaş