Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlətimizə qarşı Ermənistan qədər ikinci ən böyük təhdid və təhlükə məhz İrandan gözlənilir

Dövlətimizə qarşı Ermənistan qədər ikinci ən böyük təhdid və təhlükə məhz İrandan gözlənilir


"Dövlətimizə qarşı Ermənistan qədər ikinci ən böyük təhdid və təhlükə məhz İrandan gözlənilir. Ona görə ki, Tehran rejmi beybəlxalq hüququ tanımamaqla yanaşı həm də dini və insani dəyərlərə də hörmət etmir".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Samir Hümbətov səsləndirib. O bildirib ki, bir tərəfdə terroru dəstəkləmək və onu yaradıb yaymaq, digər tərəfdə narkotiklə regionu və dünyanı zəhərləmək:

"Bu qeyd edilənlər Tehran rejminin daima dünyaya yaratdığı təhdidlərdir".

Politoloq bildirib ki, son iki gündür Azərbaycan təhlükəsizlik orqanları hər zaman olduğu kimi peşəkarlıq nümayiş etdirməklə dövlətimizin təhlükəsizliyini təmin etməkdədirlər:

"Dünən Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən keçrilən əməliyyatlar nəticəsində ölkəmizin mediasında, xüsusilə də Salamnews və İnteraz kimi yayım orqanlarında çalışan və İran xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhəli bilinən 7 şəxsin, bu gün isə dini cərəyanların nümayəndələri adı altında fəaliyyət göstərən 39 şəxsin saxlanılması baş tutub".

Politoloq daha sonra deyib:

"Şübhə yoxdur ki, son zamanlar İranın Azərbaycana qarşı tutduğu düşmən mövqe cəmiyyəti ciddi şəkildə narahat edən məsələdir. Xüsusilə də "yumuşaq güc" siyasətini həyata keçirməyə çalışan İranın din pərdəsi altında ölkımizdə apardığı təbliğan ciddi narahatlıq doğuran məsələdir. 27 Yanvarda Azərbaycanın Tehrandakı səfirliyinə qarşı baş vermiş terror aktı nıticəsində təhlükəsizlik əməkdaşımızın şəhid edilməsi xalqın Tehran rejminə qarşı ciddi qəzəbinə səbıb olmuşdur. Sosial şəbəkələrdə İran cəsus şəbəkələrinin daha da aktivləşməsi və cəmiyyət arasında ziddiyyət yaratmaq cəhdləri dövlət təhlükəsizliyimizə qarşı təhdid elementləri yarada bilər ki, bu da heç də xoş hal hesab edilə bilməz. Məhz buna görə də, hesab edirəm ki, İran cəsus şəbəkəsinin ölkəmizin ərazisində fəaliyyəti tamamilə təmmizlənməlidir. Əlbəttə ki, keçrilmiş son əməliyyatlar da məhz buna xidmət edir".

Mehman
Xəbəri paylaş