"Şərqi Avropa və Baltik hövzəsində olduğu kimi Ermənistan üzərindən də, Qərb-Rusiya qarşıdurması gedir və Aİ missiyasının Rusiyanın narazılıqlarına baxmayaraq Ermənistana göndərilməsi bunun əyani sübutudur".
Bu fikirləri Newscenter.az-a AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. O bildirib ki, Kreml rəhbərliyi məlum missiya ilə bağlı xarici işlər naziri Sergey Lavrov vasitəsilə öz mövqeyini bəyan etdi:
"Rusiyanın zəifləməsini fürsət bilən Paşiniyan administrasiyası Kremlin təsirindən uzaqlaşmaq cəhdləri edir. Təbii ki, bu o qədər də asand bir proses deyil. Çünki şimal qonşumuzun Ermənistanda ciddi sayda hərbi və maddi varlığı var. Aİ missiyasının Ermənistana göndərilməsi isə birbaşa olaraq Fransanın təşəbbüsü ilə atılmış addımdır və hər nə qədər fərqli fikir formalaşdırılmağa çalışılsa da, məlum missiyasının əsas fəaliyyət istiqamətlərdən birinin Rusiyanın Ermənistan üzərində olan təsirini zəiflətmək olduğu aşikardır".
AVP rəsmisi hesab edir ki, irəliləyən zamanda rus hərbi kontingenti və Aİ missiyası arasında fikir ayrılıqları yaranacaq və gərginlik artacaqdır.
Mehman