Fransada evsiz insanların sayı artır.
Newscenter.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırda 4 milyon insan küçələrdə gecələyir.
Belə ki, Fransada fəaliyyət göstərən Abbe Pierre Fondunun 2022-ci ildə ölkədə mənzil problemləri ilə bağlı illik hesabatı belə deməyə əsas verir.
Hesabatda qeyd edilir ki, ölkədə 4,15 milyon insan mənzil problemi ilə mübarizə aparır və ya qeyri-insani şəraitdə yaşayır.
Təkcə keçən il evsizlərin sayı 330 minə yüksəlib və bu nisbət 10 ildə 130 faiz artıb.
Mehman