Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İran şəbəkəsinin zərərsizləşdirilməsi uzun çəkəcək-ÖZƏL

İran şəbəkəsinin zərərsizləşdirilməsi uzun çəkəcək-ÖZƏL


"Bakıda İran casus şəbəkəsi anlayışının özü acınacaqlı və qəzəb doğurucu bir ifadədir. İran görünüşdə axı bizə "qardaş" ölkədir, İslam dövlətidir. Ən nəhayət, Azərbaycan və İran yarıya bölünmüş bir dövlətin iki parçasıdır, ərazisində milyonlarla azərbaycanlı yaşayır. Casusluq fəaliyyəti ilə məşğul olmaq hansı məntiqə sığır?".

Newscenter.az xəbər verir ki, bu fikirləri BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, müstəqillik dövründə bu günə kimi İranın yalançı, saxtakar olduğu siyasi dünya görüşü olanlara həmişə məlum olub:

"İranın əslində göründüyü kimi olmadığını, İslam adından əməllərinə pərdə çəkmək üçün istifadə etdiyi görünüb. On illərdir Azərbaycan dövləti İranın hərəkətlərinə göz yumub. İran isə Azərbaycan daxilində casus şəbəkəsi yetişdirib. Amma Azərbaycan dövləti hər zaman bu casus şəbəkələrinin fəaliyyətini izləyib. Uyğun məqam gözləyib. Artıq məqam çatıb, bu, din və Allah adından istifadə edib, dinsizlik və Allahsızlıq edən canilər bir-bir yaxalanır. Layiqli cəzalarını alacaqlar. İran şəbəkəsinin zərərsizləşdirilməsi uzun çəkəcək. Onların Azərbaycanda yatmış hücrələri hələ olmamış deyildir. Amma həbs olunanlara elə cəza verilməlidir ki, onlar hərəkətə keçməmişdən əvvəl iki dəfə fikirləşməli olsunlar. Bu satqınlara Azərbaycan dövlətinə xəyanət maddəsi ilə cinayət işi açılmalıdır və hər biri ömürlük həbs cəzası almalıdırlar. Görək həbsdə onların saxta dini onlara necə yardım edir?".

Anar
Xəbəri paylaş