Bir neçə gün əvvəl İran ərazisinə endirilən hava zərbələri İraqdan istiqamət götürüb.
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə mediası yayıb. Məlumatda bildirilib ki, İsfahan ərazisindəki hərbi bazaya hava hücumu edən pilotsuz döyüş təyyarələri (dronlar) İraqın şimalındakı kürd silahlı birlikləri tərəfindən buraxılıb.
Qeyd edək ki, son günlər İran İsfahana hava zərbələri endirən dronların Azərbaycan ərazisindən havaya qalxdığını iddia edir və qərəzli olaraq bu prosesdə rəsmi Bakını günahkar bilirdi.
Mehman