Adını İslam Respublikası qoyan İran insan hüquq və azadlıqlarını kobud şəkildə pozan daha bir addım atıb. Newscenter.az Iran mediasına istinadən xəbər verir ki, Tehran küçələrində rəqs edən gənc cütlüyü İran məhkəməsi 10 il 6 ay azadlıqdan məhrum edib.
Məlumata görə, 20 yaşlarında olan Astiyazh və onun nişanlısı Əmir Məhəmməd Əhmədi noyabrın əvvəllərində Tehrandakı Azadi Qülləsinin qarşısında romantik rəqs edərkən çəkilən videonun internetdə yayılmasından sonra həbs edilib.
Qeyd edək ki, İranda qadınların kişi ilə ictimai yerlərdə rəqs etməsi də qadağandır.
Mehman