DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Newscenter.az-a daxil olan məlumata görə, Qusar rayonu ərazisində yaşayan 53 yaşlı Feyruz Muradov 2022-ci il dekabrın 31-də yaşadığı ünvandan çıxıb Bakı şəhərinə işləmək adı ilə gedərək bir daha geri qayıtmayıb.
Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102 - Zəng Mərkəzi”nə, həmçinin Qusar Rayon Polis Şöbəsinə (023) 385 22 22 şəhər və (070) 743 33 37 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
Mehman