Pakistan məsciddə törədilmiş terror aktının acısını bitirməmiş daha bir fəlakətlə üzləşib.
Newscenter.az xəbər verir ki, bu dəfə qayığın aşması nəticəsində 51 nəfər həyatını itirib. Hadisə Pakistanın Hayber Paxtunxva əyalətində baş verib. Qayığın bənddə batması nəticəsində həyatını itirən tələbələrin sayı 51-ə yüksəlib.
Həyatını itirənlərin əksəriyyəti uşaqlar olub. Belə ki, qayıqda Tanda bəndində əylənmək üçün gedən mədrəsə tələbələri olub.
Mehman