Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezident İlham Əliyev tərəfindən hər zaman gənclərimizə xüsusi diqqət və qayğı göstərilməkdədir

Prezident İlham Əliyev tərəfindən hər zaman gənclərimizə xüsusi diqqət və qayğı göstərilməkdədir


"44 günlük Vətən müharibəsində Azərbaycan gənclərinin mərdliyi və qəhrəmanlığı dünya tarixinə qızıl hərflərlə yazıldı".

Newscenter.az xəbər verir ki, bu fikirləri deputat İqbal Məmmədov bildirib.

Deputat qeyd edib ki, 1993-cü ildə ümummilli liderin hakimiyyətə qayıdışından sonra bütün sahələrin inkişafı ilə yanaşı gənc nəslə diqqət də dövlət siyasətinin prioritetlərindən birinə çevrildi. 1994-cü ildə Gənclər və İdman Nazirliyini yaradıldı. Gənclər və İdman Nazirliyinin yaradılması ilə Azərbaycanda gənclər siyasəti uğurla icra edilməyə başlanıldı. Ulu öndər Heydər Əliyevin 1997-ci ildə imzaladığı fərmana əsasən hər il 2 fevral Azərbaycan gənclərinin bayramı kimi qeyd olunur. Gənclər Gününün təsis edilməsi ulu öndər Heydər Əliyevin gənclərə verdiyi dəyərin növbəti nümunəsi idi. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti bu gün cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir".

Deputat vurğulayıb ki, cənab prezident İlham Əliyev tərəfindən hər zaman gənclərimizə xüsusi diqqət və qayğı göstərilməkdədir:

"2003-cü ildən sonrakı dövrdə cənab prezident İlham Əliyev gənclər siyasətinin inkişaf istiqamətini mövcud ənənələr əsasında daha da təkmilləşdirdi. Azərbaycan gəncliyi ilə bağlı Dövlət proqramları qəbul edildi. 2007-ci il "Gənclər ili" elan olundu. 2011-ci ildə Gənclər Fondu yaradıldı, 2013-cü ildə ölkədə ilk dəfə "Gənclər üçün Prezident Mükafatı" təsis olundu və Azərbaycan gənclərinin İnkişaf Strategiyası təsdiqləndi. Gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olması 44 günlük Vətən müharibəsində həlledici rol oynadı. Azərbaycanın qəhrəman gəncləri düşməni döyüş meydanında məhv edərək Qarabağı öz sahibinə geri qaytardı".

Deputat söyləyib ki, artıq üç ildir ki, bu bayramı gənclərimiz qalib ölkənin nümayəndələri kimi qeyd edir:

"Bu gün cənab prezident İlham Əliyevin gənclərimizə inamı böyükdür. Məhz buna görə də savadlı və bacarıqlı gənclərimiz irəli çəkilir, yüksək vəzifələrə təyin olunurlar. Sevindirici haldır ki, o gənclərimizin bir çoxu ölkə başçısının onlara göstərdiyi etimadı layiqincə doğruldur. Əminəm ki, bundan sonra da ölkə başçısı tərəfindən yüksək vəzifələrə təyin olunan gənclərimiz onlara göstərilən etimadı doğruldub, dövlətinin maraqlarını hər şeydən üstün tutaraq xalqına vicdanla xidmət edəcəklər".(sonxeber.az)
Xəbəri paylaş