Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya İran üzərindən Ermənistanı silah-sursatla təmin edib-ÖZƏL

Rusiya İran üzərindən Ermənistanı silah-sursatla təmin edib-ÖZƏL


"Rusiya və Ermənistan münasibətlərində artıq bir müddətdir ki, soyuqlaşma hiss olunur. Xüsusilə ikinci Qarabağ müharibəsindən sonra erməni cəmiyyəti və siyasi elitası arasında anti-Rusiya çağrışlarının artdığını müşahidə edirik".

Newscenter.az-a bu fikirləri səsləndirən AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə deyib ki, Paşiniyan administrasiyası iki ölkə münasibətlərindəki soyuqlaşmanı Rusiyanın ikinci Qarabağ müharibəsində onları dəstəkləməməsi ilə əlaqələndirirlər:

"Lakin bilinən reallıq odur ki, Rusiya tərəfi müharibə zamanı İran üzərindən Ermənistanı silah-sursatla təmin edirdi. Ancaq müharibədən sonra Nikol Paşiniyan Rusiyanı yarasız silahlar verməkdə ittiham edərək məsələni qabarmağı bacardı. Paşiniyan bu addımları qərbin sifarişi ilə həyata keçirdi və erməni cəmiyyətində anti-Rusiya meyllərini formalaşdırdı".

Anar
Xəbəri paylaş