Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyadan Avropaya Qurani-Kərim çağırışı: BU TƏHQİRDİR, CİNAYƏTDİR-ÖZƏL

Rusiyadan Avropaya Qurani-Kərim çağırışı: BU TƏHQİRDİR, CİNAYƏTDİR-ÖZƏL


Rusiya Parlamentinin yuxarı qanadı olan Federasiya Şurasının rəhbəri Valentina Matviyenko Şuranın iclasındakı çıxışında İsveçdəki Türkiyədə səfirliyi qarşısında Quranın yandırılmasına reaksiya verib.

Newscenter.az haber7.com-a istinadən bildirir ki, Matviyenko bu cür halları kəskin şəlkildə qınayıb:

"Bu təhqirdir, cinayətdir, etnik ədavəti qızışdırır. İnsanlar müsəlmanlar üçün müqəddəs olan şeylərə hücum edir" deyib".

Dünyanın bütün ağlı başında olan güclərin bu cür hərəkətləri pisləməklə yanaşı, onların qarşısının alınmasını da istədiyini xatırladan Matviyenko Rusiyanın bütün millətlərdən olan insanlara hörmət edən çoxmillətli ölkə olduğunu bildirib.


Federasiya Şurasının sədri daha sonra bildirib:

"Gəlin Federasiya Şurası adından Avropa parlamentlərinə bu cür hərəkətləri ciddi şəkildə pisləyən və belə halların qarşısını almaq üçün bütün tədbirlərin görülməsini tövsiyə edən çağırış göndərək. təhqiredici hərəkətlər”.

Mehman
Xəbəri paylaş