Dövlətin yüksək diqqət və qayğısı ilə əhatə edilən gənclərin hərtərəfli inkişafına, onların problemlərinin aradan qaldırılmasına və gəncləri Azərbaycan dövlətinin dayaqları kimi azərbaycançılıq ideologiyası ruhunda formalaşdırmağa yönələn bugünkü gənclər siyasətinin əsası Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub.
Newscenter.az xəbər verir ki, bu fikirləri səsləndirən YAP üzvü Akşin Əliyev deyib ki, ulu öndər Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrlərdən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib:
"Bu məqsədlə Azərbaycan Prezidenti Heydər Əliyevin fərmanı ilə 1994-cü il iyulun 26-da Gənclər, İdman və Turizm Nazirliyi yaradılıb, 1995-ci ildə isə o, Azərbaycan gənclərinin forumunun keçirilməsi təşəbbüsünü irəli sürüb. 2 fevral 1996-cı il tarixində müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilib, forumda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev iştirak etmişdi".
Mehman