Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Terrordan sonra "malalama"-İLQAR ALTAY YAZIR

Terrordan sonra "malalama"-İLQAR ALTAY YAZIR


İran hakimiyyət rejimi ayılıb təzə başa düşüb ki, Azərbaycana, onun Tehrandakı Səfirliyinə qarşı terrorla nəticə etibarilə özünə zərərli səhv edib. Bütün İrandaxili-xarici 60 mln. azərbaycanlıları, türk dünyasını və beynəlxalq birliyi bununla öz üzərinə qaldıran alçaq addımı əks-effekt verib.

Bədxah əməlinin ağır ciddi siyasi, ictimai, hətta hərbi zərbəli əks-nəticələri ilə üzbəüz qalıb. Və bu terror həm də onun uzun illərlə Azərbaycan cəmiyyəti içindəki milyardlar xərcləyib qurduğu iranyönlü təbliğatı heçə endirib. Cəmiyyətdə və xalqda, erməni işğalına olan kimi nifrət yaradıb.

Və bütün bu, əks-nəticələri görən İran başlayıb dərhal öz terror əməlini "malalamağa". Müxtəlif bəhanələrlə səfirliyə, onun əməkdaşlarının qətl və yaralanmaları ilə nəticələnən müdhiş terroru ailə-məişət, ya basqınçının ruhi xəstəliyi, yaxud işin içində erməni əli təhriki olması kimi adlarla.

Beynəlxalq aləm dərhal bu cür bəhanələri rədd edib, hadisəni Azərbaycan Səfirliyinə qarşı tipik terror qəsdi kimi qiymətləndirdi. Yəni ki, heç bir halda beynəlxalq qanunlar toxunulmaz səfirliyi terrora, basqlya imkan vermir, verməz.

Həm də, bu cür absurd, cılız, avam, gülünc bəhanələrlə.

Bundan bir şey çıxmayanda, keçiblər bu, alçaq əməlini İran və bizim Azərbaycanın ərazisindəki əhali içində 'malalama' cəhdinə və buna bəraət qazandırma təbliğatına. Bizim ölkədə bu terror sonrakı anti-İran ictimai əhvalı dövrü və dövlət orqanlarınıın İranın agentura şəbəkələrini ifşalı, üzvlərini həbsləri anı bu saat İranın ştatlı sosial, media təbliğatçıları qınlarına çəkilmiş, susurlar.

Belə halda İranın 'malalama' işinə yarayan bəzi siyasilər, partiyalar, ictimai insanlardır. Hansı ki, belə ümummilli məsələdə də İranın təbliğatına xidmət edir, hətta belə vətənə vacib anda milli mənafeə əks mövqe tuturlar. Və keçirlər xalqın və cəmiyyətin fikrini İranın dövlət terrorundan, şəxsi-məişətə, ('arvadını səfirlikdə axtarmağa') və yaxud digər cılız variantlara yönəltməyə. Bu vətənsiz mövqe və fəaliyyətdə isə iki səbəb ola bilər. Ya bunların hakimiyyətlə şəxsi qərəzi milli mənafeni aşıb və üstəlik, İrandan da öz, maddi maraqlar gözləntiləri var. İikinci qrup 'malaçılar' isə, ümumiyyətlə İranla gizli siyasi maddi əlaqə əməkdaşlı, öhdəlikli olaraq buna məcburdurlar.

Hər iki halda, hər iki qrup siyasi - ictimailərə ar olsun. Gərək nə siyasi, ictimai, ya maddi maraq yükü altında olsan da vətən, millət, dövlət kimi qırmızı xətt keçmə qədər vicdanını itirməyəsən.

İlqar Altay-İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri
Xəbəri paylaş