Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Akkuyu AES-in ilk reaktoru gələn il işə salınacaq

Akkuyu AES-in ilk reaktoru gələn il işə salınacaq


Rosatom dövlət korporasiyası tərəfindən Türkiyədə inşa edilən Akkuyu Atom Elektrik Stansiyasının ilk reaktorunun işə salınması 2026-cı ilə planlaşdırılır.

Newscenter.az xəəbər verir ki, bu barədə Türkiyənin energetika naziri Alparslan Bayraktar məlumat verib .

Türkiyəli nazirin sözlərinə görə, layihənin icrasındakı ləngimələr qismən Avropa ölkələrindən avadanlıqların tədarükü ilə bağlı problemlərlə əlaqədar olub:

"Biz pandemiyadan sağ çıxdıq və çoxsaylı gizli, birbaşa sanksiyalarla üzləşdik. Avropada ödənişli avadanlıqların saxlanması prosesindən keçdik, bu da gecikmələrə səbəb oldu".

Bayraktar bildirib ki, Akkuyu AES-in dörd reaktorunun hamısı işə düşdükdən sonra o, Türkiyənin elektrik enerjisinə olan tələbatının təxminən 10%-ni ödəyə biləcək.

Qeyd edək ki, Akkuyu Atom Elektrik Stansiyası (AES) Türkiyənin Rosatom dövlət korporasiyası tərəfindən tikilən ilk atom elektrik stansiyasıdır. Akkuyu layihəsinə Rusiya istehsalı olan VVER III+ reaktorları olan dörd enerji bloku daxildir. Hər blokun gücü 1200 MVt olacaq.

Mehman Mehdiyev
Xəbəri paylaş