Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstanın qaz çatışmazlığı 2030-cu ilə qədər həll ediləcək

Qazaxıstanın qaz çatışmazlığı 2030-cu ilə qədər həll ediləcək


Qazaxıstanın qaz çatışmazlığı 2030-cu ilə qədər həll ediləcək.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bunu Qazaxıstan Yanacaq Assosiasiyasının icraçı direktoru Jaksılıq Jankalov deyib.

O hesab edir ki, Kaşaqan, Qaraçaqanak və Janaozendə qaz emalı zavodlarının tikintisi, eləcə də Şımkent Neft Emalı Zavodunun genişləndirilməsi ölkənin yaxın bir neçə ildə qaz çatışmazlığını tam ödəməsinə imkan verəcək.

Jaksılıq Jankalovun sözlərinə görə, Qazaxıstanda mövsümi qaz çatışmazlığı hər il avqust-oktyabr aylarında baş verir. Onun ölçüsü zavodların avadanlıqları və onların planlaşdırılan təmir müddəti də daxil olmaqla bir sıra amillərdən asılıdır. Bundan əlavə, ölkədə qaz istehlakının həcmi ildən-ilə durmadan artır.

"Bütün bunlar 2030-cu ilə qədər daxili bazarı təxminən 50 min ton əlavə məhsulla təmin etməlidir. Müvafiq olaraq, bu həcm mövcud yanacaq kəsirini ödəməlidir", - deyə Jankalov bildirib.

Anar Əliyev
Xəbəri paylaş