Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

UNESCO-nun baş direktoru Özbəkistana səfər edib

UNESCO-nun baş direktoru Özbəkistana səfər edib


UNESCO-nun 43-cü sessiyasında iştirak etmək üçün təşkilatın baş direktoru Odri Azule Özbəkistanın Səmərqənd şəhərinə səfər edib.

Newscenter.az Özbəkistanın uze.uz portalına istinadən bildirir ki, yüksək vəzifəli qonağı Səmərqənd Beynəlxalq Hava Limanında Özbəkistan hökuməti və Səmərqənd vilayət administrasiyasının rəsmiləri qarşılayıblar.

2017-ci ildən bəri təşkilata rəhbərlik edən Odri Azule üçün bu sessiya onun UNESCO-nun Baş Direktoru kimi sonuncu sessiyası olacaq.

UNESCO-nun yeni Baş Direktoru rəsmi olaraq Səmərqənddə vəzifəsinin icrasına başlayacaq. Bu yaxınlarda təşkilatın İcraiyyə Komitəsinin 222-ci sessiyasında seçkilərdə qalib gələn 54 yaşlı misirli Xalid Əl-Ənani bu vəzifəyə təsdiqlənəcək.

Qeyd edək UNESCO-nun 43-cü sessiyası qırx ildən sonra ilk dəfə olaraq Parisdən başqa bir şəhərdə 30 oktyabrdan 13 noyabra qədər Səmərqənddə keçiriləcək.

Mehman Mehdiyev
Xəbəri paylaş