
"29 Oktyabr, Türkiyə Cümhuriyyətinin yaranma günü, azadlıq və müstəqillik uğrunda qazanılmış ən böyük tarixi zəfərin rəmzidir. Bu gün, Qazi Mustafa Kamal Atatürkün rəhbərliyi ilə əsarətə, zülmə və bölünməyə qarşı qalxan bir millətin yenidən dirçəliş günüdür".
Newscenter.az xəbər verir ki, bunları hüquqşünas Əli İbrahimov deyib. O bildirib ki, Türk xalqı öz iradəsi ilə dövlətini, azadlığını və gələcəyini öz əlləri ilə qurdu:
"Bu, təkcə Türkiyə üçün deyil, bütün türk dünyası üçün qürur mənbəyidir. Cümhuriyyətin qurulduğu gündən bu günə qədər keçən yüzillik şərəfli yolda Türkiyə çox sınaqlardan keçdi, lakin heç vaxt azadlıqdan, milli iradədən və dövlətçilik prinsiplərindən dönmədi".
Əli İbrahimov, "Bu möhtəşəm bayram münasibətilə Türkiyə xalqını səmimi qəlbdən təbrik edir, Cümhuriyyətin banisi Ulu Öndər Qazi Mustafa Kamal Atatürkü və bütün şəhid qəhrəmanları dərin ehtiramla anıram.
Yaşasın Cümhuriyyət!
Yaşasın Türk millətinin əzmi və birliyi!
29 Oktyabr — Cümhuriyyət Bayramınız mübarək olsun!",-deyə vurğulayıb.
Süleyman











































