Beynəlxalq səyyah qruplarının Kəlbəcərə səfəri başlayıb.
Onlar rayonun Zülfüqarlı kəndində yerləşən İstisuda olublar.
Newscenter.az bildirir ki, “Report”un Kəlbəcərə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, səyyahlara İstisu və işğal zamanı ermənilərin torpaqlarımızda, o cümlədən Kəlbəcərdə törətdikləri vəhşiliklər barədə məlumat verilib.
Onlar da öz növbələrində Kəlbəcərin əzəmətli təbiətindən məmnunluğunu ifadə ediblər. Eyni zamanda, səyyahlar Ermənistanı işğaldan azad olunmuş torpaqlarımızda törətdiyi vəhşiliklərə görə qınadıqlarını bildiriblər.
Qeyd edək ki, 30 nəfərlik heyətə 12 ölkənin - ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya, Rusiyanın səyyah elitasında yer alan nüfuzlu şəxslər daxildir.
Bu səfər bir daha azad edilmiş ərazilərdəki dağıntılara, burada aparılan quruculuq-bərpa, minatəmizləmə işlərinə beynəlxalq səyahətçilərin marağının xeyli artdığını nümayiş etdirir.