Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Lavrov tam səmimiyyət nümayiş etdirmək istəyirsə,....

Lavrov tam səmimiyyət nümayiş etdirmək istəyirsə,....


"Rusiyanın baş diplomatı S.Lavrov ilk dəfə Ermənistanın Azərbaycanın 7 rayonunu işğal etdiyini və birmənalı olaraq İrəvanın son 35 ildə işğalçı olduğunu bəyan etdi. Əslində S.Lavrovun bəyanatı bizi qismən qane edir".

Newscenter.az xəbər verir ki, bu fikirləri hərbi ekspert Ədalət Verdiyev səsləndirib. Ekspert daha sonra sözlərinə belə davam edib:

"Maraqlıdır ki, Rusiyanı işğalçı ölkə ilə iqtisadi, siyasi və hərbi sahədə əməkdaşlıq barədə onlarla sənədi, o cümlədən Ermənistanda 2044-cü ilə qədər hərbi bazanın yerləşdirilməsi barədə müqavilə imzalamağa kim və ya nə vadar edib?"

Ədalət Verdiyev hesab edir ki, S.Lavrov bu məsələdə tam səmimiyyət nümayiş etdirmək istəyirsə, işğal dövründə Ermənistanla imzalanan sənədlərdən Rusiyanın gec də olsa imzasını geri çəkdiyini də elan etsin:

"Bunu Rusiya tez ya gec etməli olacaq, amma Lavrovun ya Mişustinin dilindən səslənməsi bizim üçün xüsusi əhəmiyyət daşıyır".

Anar
Xəbəri paylaş