Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xeyriyyəçi iş adamı Gülağa Tənha 23 il əvvəl prezidentdən aldığı tapşırıqdan DANIŞDI-VİDEO

Xeyriyyəçi iş adamı Gülağa Tənha 23 il əvvəl prezidentdən aldığı tapşırıqdan DANIŞDI-VİDEO


Azərbaycan dövləti və şəxsən dövlət başçısı İlham Əliyev hər zaman sahibkarlar, iş adamlarının himayədarı olub, onlara diqqət və qayğı ilə yanaşıb. Newscenter.az-ın xəbərinə görə, xeyriyyəçi iş adamı Gülağa Tənha da yerli mətbuata verdiyi müsahibəsində dövlət başçısının iş adamlarına diqqət və qayğısı, onlara olan humanist münasibətinin əyani şahidinə çevrildiyini deyib. İş adamı müsahibəsində təxminən 23 il əvvəl olan bir hadisəni xatırladıb:

"Təxminən 2000-ci illərin əvvəllərində Rusiyada Azərbaycan diasporu üçün əmlak alınmalı idi. Əmlakın alınmasınəıı əvvəlcə bir azərbaycanlıya tapşırmışdılar. Həmin şəxs əmlakı dəyərindən bir qədər yüksək qiymətə belə almağa hazırlaşırdı. Çünki ortada olan bir neçə makler şirkətləri qiyməti baha göstərməklə pul qazanırdılar. Bu məsələ ilə bağlı mənə tapşırıq veriləndə ortada olan bir neçə makler şirkətləri prosesdən kənarlaşdırdım. Nəticə etibarilə əmlakın qiymətini xeyli aşağı sala bildik. Lakin Cənab Prezident tərəfindən bizə tövsiyə olundu ki, orada heç kimin payını kəsməyin, heç kimin çörəyinə bais olmayın. Bir halda ki, orada ortada makler şirkətlər var ki, pul qazanırlar, qoyun qazansınlar. Onda gördüm ki, Cənab Prezident necə humanist insandır və tanımadığı, bilmədiyi bir şəxsin, şirkətin də ziyana düşməsini istəmir. Belə bir humanist insanı, dövlət başçısını harada tapmaq olar, hansı dövlətdə belə bir ölkə başçısı ola bilər?



Ruhiyyə Mehdiyeva
Xəbəri paylaş