Azərbaycan Silahlı Qüvvələri fəlakət bölgəsində Türkiyəyə yardım üçün yola düşəcək.
Newscenter-az xəbər verir ki, bu barədə “TGRT Haber” məlumat yayıb.
“Azərbaycan Silahlı Qüvvələrinin qısa müddətdə Türkiyəyə kömək məqsədilə zəlzələ bölgəsinə hərəkət edəcəyi bildirilir”, - məlumatda qeyd olunub.
Xatırladaq ki, Türkiyə şiddətli zəlzələdən sonra beynəlxalq yardım üçün çağırış edib.