Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə də hərbi əməliyyatlar apara bilər-ÖZƏL

Azərbaycan Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə də hərbi əməliyyatlar apara bilər-ÖZƏL


"Azərbaycan-Ermənistan münasibətlərinin cari vəziyyətini sülh modelinin ipdən asılı olması və hərbi eskalasiya riskinin artması kimi xarakterizə etmək olar. Ən vacib bir sinir nöqtəsinə toxunmalıyıq. Ermənistan Azərbaycanın sərhədlərin delimitasiyasına dair tələblərinin miqyası ilə razılaşmır".

Bu fikirləri Newscenter.az-a siyasi şərhçi Akşin Kərimov səsləndirib. O bildirib ki, sərhədlərə dair fikir ayrılıqlarının kəskinliyi Qarabağ İqtisadi Rayonunda ilişib qalan erməni separatçıların da taleyini sual altında qoyur:

"Yəni, Azərbaycan sərhədlə paralel olaraq Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə də hərbi əməliyyatlar apara bilər. Hər halda Azərbaycan müharibədənsə, kövrək sülhü üstün sayır, lakin məsələ budur ki, İrəvan “sülh” adı altında aşkar və ya gizli silahlanma fazasına keçir".

Akşin Kərimov onu da qeyd edib ki, bu, Azərbaycan üçün qəbuledilməzdir:

"İkinci bir tərəfdən Rusiya özü də Ermənistanı “edam səhnəsinə” çıxarmaqdan ötrü dəridən-qabıqdan çıxır. Dünyanın siyasi xəritələrində sərhədlərin yenidən müəyyən edilməsi üçün aparılan qlobal mübarizənin təzahürləri Ermənistanın başı üzərində hazır vəziyyətdə dayanıb. Beynəlxalq konyunktura, Ermənistanın silahlanma sevdası, Rusiyanın İrəvanı cəzalandırmaq istəkləri, Azərbaycanın Ermənistan qarşısındakı inadkar şərtləri regiondakı qapaqları tərpədəcək.
Azərbaycan sərhəd təhlükəsizliyindən irəli gələn məsələləri Zəngəzur dəhlizi kontekstində aktuallaşdıraraq Ermənistana dərs vermək xəttini tuta bilər".

Mehman
Xəbəri paylaş